Bank Of Baku

Cəlilabad sakinindən heroin tapılıb

Cəlilabad sakinindən heroin tapılıb
# 24 sentyabr 2007 08:24 (UTC +04:00)
Cəlilabadda narkotik maddə alveri ilə məşğul olan rayon sakini həbs olunub. Cəlilabad Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna (RPŞ) verilən məlumata görə, rayonun Edişə kənd sakini, 41 yaşlı Əlisəfa Əjdər oğlu Əliyev çəkisi 1 kiloqram olan heroini satarkən polis əməkdaşları tərəfindən yaxalanıb. Onun evinə baxış keçirilərkən kustar üsulla hazırlanmış tərəzi, xırda çəki daşları və 100 qram qırmızı civə aşkarlanıb. Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR