Bank Of Baku

Qanunsuz quş alveri edən Lənkəran sakini saxlanılıb

Qanunsuz quş alveri edən Lənkəran sakini saxlanılıb
# 24 sentyabr 2007 08:27 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) 5 sentyabr 2007-ci il tarixli sərəncamı ilə diri ev quşlarının satışı qadağan olunub. Həmin qərarın icrası iıə əlaqədar Lənkəran Rayon Baytarlıq İdarəsi və Şəhər Polis Şöbəsi reydlər keçirməyə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, srağagün keçirilən növbəti reyd zamanı Lənkəran şəhər sakini, 1986-cı il təvəllüdlü Ceyhun Rakif oğlu Seyfiyev şəhərin Füzuli küçəsində 21 baş diri ev quşu satarkən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsi ilə cəza tətbiq olunub. Quşların birindən götürülmüş qan müayinə üçün rayon baytarlıq laboratoriyasına verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR