Bank Of Baku

23 yaşlı Lənkəran sakini bıçaqlanıb

23 yaşlı Lənkəran sakini bıçaqlanıb
# 24 sentyabr 2007 08:43 (UTC +04:00)
Sentyabrın 23-də günorta saatlarında Lənkəran rayon sakini, 23 yaşlı Emin Asif oğlu Əkbərov şəhərin dəmir yol vağzalı ərazisində tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) məlumat verilib. E.Əkbərov üzünün sol nahiyəsinin kəsilmiş və cırılmış yarası diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. MRX-dən APA-nın cənub bürosuna verilən məlumata görə, E. Əkbərovun vəziyyəti kafidir. Faktla bağlı Lənkəran ŞPŞ-də təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR