Yol qəzalarında 2 qadın ölüb
24 sentyabr 2007 14:28 (UTC +04:00)
Sabunçu dairəsinin yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 23-də saat 01:15 radələrində Sabunçu dairəsi yaxınlığında Bakı şəhər sakini Fərid Əlizadə idarə etdiyi “Mersedes” markalı avtomaşınla 40-45 yaşlı qadını vurub. Nəticədə həmin qadın hadisə yerində ölüb. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Həmin gün saat 15:30 radələrində Xətai rayonu ərazisində - A. Cəlilov küçəsində Bakı şəhər sakini Anatoli Şirinov idarə etdiyi “Mersedes” markalı avtomaşınla Bakı şəhər sakini Məhbubə Sadıqovanı vurub. Nəticədə M. Sadıqova hadisə yerində keçinib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır. /APA/

Hadisə
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024
Bakı-Quba yolunda “Range Rover” yanıb
15:30
3 may 2024