Kürdəmirdə 2 “KamAZ”, Əli Bayramlıda 2 motosiklet toqquşub
26 sentyabr 2007 11:19 (UTC +04:00)
Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yevlax rayonunda Gəncə şəhər sakini Elçin Eminov idarə etdiyi “VAZ-2106” markalı avtomaşını maneəyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, Göyçay rayon sakini Salman Qaçayev orada dünyasını dəyişib. Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Kürdəmir rayonunun Qarabucaq kəndində Xanlar rayon sakini Füzuli Hüseynovun və Bakı şəhər sakini Şahmar Niftəliyevin idarə etdiyi “KamAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə F. Hüseynov hadisə yerində ölüb. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.
Əli Bayramlı şəhərindəki Heydər Əliyev prospektində şəhər sakini İsrafil İmanovun idarə etdiyi “İJ” markalı və Sabirabad rayon sakini Loğman Mütəllimovun idarə etdiyi “Vosxod-3” markalı motosikletlər toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və İ. İmanovun sərnişini, həmyerlisi Firdovsi Dadaşov xəstəxanaya yerləşdirilib. İ. İmanov orada vəfat edib. Faktla bağlı Əli Bayramlı ŞPŞ-də araşdırma aparılır. /APA/

Hadisə
Qubada çörək sexində yanğın baş verib - FOTO
23:16
8 may 2024
Biləsuvarda "Prado" motoskletlə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
20:25
8 may 2024
Həkimlərin talassemiyalı uşaqlara qarşı 1 milyon manatlıq dələduzluğu - Məhkəmə prosesi
19:20
8 may 2024
Qəbələdə subasma zamanı köməksiz vəziyyətdə qalmış 2 azyaşlı təxliyə edilib - VİDEO
19:17
8 may 2024