Bank Of Baku

Bərdədə bir ailənin 5 üzvü xəstəxanaya yerləşdirilib

Bərdədə bir ailənin 5 üzvü xəstəxanaya yerləşdirilib
# 26 sentyabr 2007 12:42 (UTC +04:00)
Bərdədə bir ailənin 5 üzvü qarayara diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Bu barədə APA-nın Qarabağ bürosuna yerli əhali məlumat verib. Bərdə Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Etibar Mirzəyev diaqnozun tam dəqiqləşmədiyini, yalnız ehtimal olunduğunu bildirib. Bərdə rayon Baytarlıq İdarəsinin rəisi Mehman İsmayılov isə APA-ya açıqlamasında zərərçəkənlərin Bərdənin Ləmbəran kəndi yaxınlığındakı qış yataqlarında məskunlaşmış Kəlbəcərdən olan məcburi köçkün 1953-cü il təvəllüdlü Əminə İmran qızı Rzayevanın ailə üzvləri olduğunu deyib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində bəlli olub ki, bu, qarayara yox, torpaqdan keçən adi yaradır: “Onların mal-qarası yoxlanılıb, qarayara aşkar edilməyib. Halbuki qarayara insanlarda aşkar olunmamışdan öncə mal-qara arasında kütləvi ölüm hallarına səbəb olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR