Bank Of Baku

Dünyanın 127 yaşlı ən qoca sakini Azərbaycanda yaşayır

Dünyanın 127 yaşlı ən qoca sakini Azərbaycanda yaşayır
# 26 sentyabr 2007 14:01 (UTC +04:00)
Üç əsr görmüş azərbaycanlı qadının böyük övladı 80, kiçik övladı isə 60 yaşındadır: “Nadir şahı taxtda, Nikolayı qundaqda görmüşəm. Bu yaşıma qədər həmişə iş-güclə məşğul olmuşam. Ən çox kolxozda işləmişəm. Hər iş görürdüm, ot biçir, əkin əkir, kartof, qarğıdalı becərirdim. Sovet vaxtı çox əziyyətlər çəkmişik. Camaat səhərdən axşama kimi işləyirdi ki, hökumətin qoyduğu vergiləri ödəsin. İndiki hökumət gözəl hökumətdir, camaatın qayğısına qalır”. Bəyaz Xəlilova 127 il ömür sürməsini yaşadığı Gədəbəy rayonunun havası, suyu və xoşrəftar insanları ilə əlaqələndirib: “Kollu camaatı və ətraf kəndlərin sakinləri yaşıma görə mənə həmişə hörmət ediblər. Buraların havası kimi, suyu da gözəldir. Bu yaşa gəlmişəm, nə bizim kəndin camaatı, nə də Şınıx camaatı xətrimə dəyməyib, həmişə hörmətimi saxlayıblar. Çox yaşamağımın bir səbəbi də, övladlarımın, nəvələrimin mənə yaxşı qulluq etməsidir. Buraların havası, suyu dərmandır, Bakıda və ya digər şəhərdə olsaydım, bu qədər yaşamazdım”. Üç əsrin şahidi olan Bəyaz Xəlilova ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklərin də canlı şahidlərindəndir: “Hələ mən uşaq olarkən ermənilər anamı, xalalarımı və dayılarımı vəhşicəsinə qətlə yetirdilər. Anamgil əslən indi Ermənistan ərazisində yerləşən Şəmşəddin rayonundandır. Mən balaca idim, ermənilər anamı və xalalarımı Alatala deyilən yerdə mal-heyvanı suvarmağa aparan zaman basqın edib öldürdülər. Dayılarım anam və xalalarımın qisasını alsalar da, ermənilər onları da Tovuzda və Kür sahilində pusqu quraraq bir-bir öldürdülər”. Bıyaz Xəlilovanın 127 yaşı olmasına baxmayaraq, o, şəriət qanunlarına tam riayət edir: “Hər gün səhər iki rükət, günorta 8 rükət, axşam 7 rükət namaz qılıram. Ramazan ayında orucumu tuturam, hər gün Qurani-Kərimi oxuyuram. Bir neçə sürəni əzbər bilirəm”. Qeyd edək ki, 1980-ci ildə Gədəbəy rayonunun Şınıx İnzibati ərazisinə daxil olan Kollu kəndində anadan olan Bəyaz Xəlilova hazırda dünyanın ən yaşlı qadını sayılsa da, onun adı Ginnesin rekordlar kitabına daxil edilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR