Bank Of Baku

“Dalğa” Gənclər Təşkilatının polis tərəfindən saxlanılan üzvləri sərbəst buraxılıb

“Dalğa” Gənclər Təşkilatının polis tərəfindən saxlanılan üzvləri sərbəst buraxılıb
# 26 sentyabr 2007 14:54 (UTC +04:00)
“Dalğa” Gənclər Təşkilatının “Təhsildə islahatlar” tələbi ilə Sahil bağında keçirdiyi ayaqyalın aksiyanın polis tərəfindən saxlanılan iştirakçıları sərbəst buraxılıb. Təşkilatdan APA-ya verilən məlumata görə, 39-cu polis bölməsində aksiya iştirakçılarından izahat alınıb və onlara icazəsiz kütləvi tədbir keçirməmək barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, bu gün saat 15.00-da “Dalğa” Gənclər Təşkilatının bir qrup üzvü “Təhsildə islahatlar” tələbi Sahil bağında ayaqyalın aksiya keçirməyə cəhd edib. Lakin polis bu cəhdin qarşısını alıb və nəticədə 17 təşkilat üzvü saxlanılaraq 39-cu polis bölməsinə aparılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR