Bank Of Baku

Azərbaycanın Qusar rayonunda axtarışda olan cinayətkar iki polisi güllələyib YENİLƏNİB-1

Azərbaycanın Qusar rayonunda axtarışda olan cinayətkar iki polisi güllələyib  <font color=red>YENİLƏNİB-1</font>
# 26 sentyabr 2007 15:30 (UTC +04:00)
Dağıstandakı vəhhabi təriqətinə mənsub şəxslərlə əlaqədə olduğu ehtimal edilən T.Abdullayev axtarış aparmaq üçün evinə daxil olan Qusar RPŞ-nin baş əməliyyat müvəkkili Qalib Quliyevə və sahə müvəkkili Murad Məlikova “Makarov” tipli tapançadan atəş açıb. Nəticədə hər iki polis əməkdaşı yaralanıb. Sinəsindən yaralanan Q. Quliyevin vəziyyətinin ağır olduğu bildirilir. O, reanimasiyaya yerləşdirilib. Qusar Mərkəzi Rayon Xəstəxanasının cərrahı Mahir Bədəlov APA-ya bildirib ki, M. Məlikova ambulator yardım göstərildikdən sonra evə buraxılıb.
T. Abdullayev polis əməkdaşlarını yaraladıqdan sonra hadisə yerindən qaça bilib. Hazırda onun axtarışı davam etdirilir. Axtarış prosesinə Daxili Qoşunların əsgərləri də qoşulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR