Bank Of Baku

Masallıda “QAZel” benzindaşıyan maşınla toqquşub, iki nəfər yanıb - YENİLƏNİB

Masallıda “QAZel” benzindaşıyan maşınla toqquşub, iki nəfər yanıb - <font color=#FF0000>YENİLƏNİB</font>
# 26 sentyabr 2007 16:41 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, “QAZel” markalı avtomobil “Azpetrol” şirkətinə məxsus 10 RF 111 dövlət nömrə nişanlı benzindaşıyan maşınla toqquşub. Nəticədə güclü yanğın başlayıb. “QAZel”də olan iki nəfər yerindəcə keçinib. “QAZel” tamamilə yanıb, benzindaşıyan maşının sürücüsü ağır xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Saat 19:25-də yanğını ram etmək mümkün olub. Ələt-Astara avtomobil yolu bir saat bağlı qaldıqdan sonra açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR