Bank Of Baku

Lənkəranda baş verən dəhşətli yol qəzası nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb - YENİLƏNİB

Lənkəranda baş verən dəhşətli yol qəzası nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb <font color=red>- YENİLƏNİB</font>
# 27 sentyabr 2007 10:45 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Şilavar kənd sakini, 1956-cı il təvəllüdlü Şahab Nifti oğlu Niftiyevin idarə etdiyi “QAZel” markalı 10 DZ 681 dövlət nömrə nişanlı Lənkəran-Astara marşrutu üzrə işləyən sərnişin mikroavtobusu Masallı rayonunun Kösəkül kənd sakini, 1962-ci il təvəllüdlü Zahir Mahmud oğlu Səfərovun idarə etdiyi “KamAZ” markalı 44 BC 640 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə “QAZel”dəki sərnişinlərdən 2 nəfəri hadisə yerində keçinib, 14 sərnişin isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəsarət almış sərnişinlərdən iki nəfər - Lənkəran şəhər sakini, 1951-ci il təvəllüdlü Eldar Məmmədov və Astara rayonunun Təngərüd kənd sakini, 1986-cı il təvəllüdlü Elxan Dadaş oğlu Məlikov dünyasını dəyişib. MRX-dən APA-nın cənub bürosuna bildirilib ki, digər xəsarət almış sərnişinlərin vəziyyəti orta-ağır və kafidir. Faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində (ŞPŞ) cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR