Bank Of Baku

Azərbaycanın Gədəbəy rayonuna güclü qar yağıb

Azərbaycanın Gədəbəy rayonuna güclü qar yağıb
# 07 yanvar 2008 14:39 (UTC +04:00)
Respublika ərazisində havaların kəskin dəyişməsi ilə əlaqədar ölkənin Qərb rayonlarına güclü qar yağıb. APA-nın Qərb bürosunun məlumatına görə, hazırda Gədəbəy rayonunda qarın qalınlığı 30 santimetrə çatıb. Aramsız qar yağıntısına baxmayaraq rayonda əhalinin mavi yanacaq və elektrik enerjisi ilə təminatında heç bir problem yaranmayıb. Gədəbəy rayon icra hakimiyyətindən APA-nın Qərb bürosuna verilən məlumata görə, rayon ərazisindəki yollar vaxtında qardan təmizləndiyinə görə, nəqliyyatın hərəkəti ilə bağlı heç bir problem yoxdur. Qeyd edək ki, hal-hazırda Gədəbəydə qar yağıntısı davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR