Bank Of Baku

Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsinə və güclü qar yağmasına baxmayaraq, ağır yol-nəqliyyat hadisəsi baş verməyib

Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşməsinə və güclü qar yağmasına baxmayaraq, ağır yol-nəqliyyat hadisəsi baş verməyib
# 07 yanvar 2008 15:39 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ərəstun Məcidov bildirib. Şöbə rəisinin sözlərinə görə, bu gün saat 19.30-a olan məlumata görə, respublika ərazisində heç bir ağır yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Ə. Məcidov paytaxtla müqayisədə rayonlarda vəziyyətin daha qənaətbəxş olduğunu deyib: “Rayonlarda demək olar ki, heç bir yol bağlanmayıb. Problem nisbətən paytaxtda hiss olunur. Körpülərin yerləşdiyi ərazilərdəki eniş-yoxuşlarda çətinliklər müşahidə olunur. Biz bütün çətinliklərin aradan qaldırılmasına çalışırıq. Ancaq xırda qəzalar qeydə alınır”. Ə. Məcidov deyib ki, kəskin hava şəraiti davam edənə qədər yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı şəhər Yol Polisi İdarəsinin Təhlükəsizliyin təmini və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə APA-ya açıqlamasında sürücüləri mümkün qədər avtomobillərdən istifadə etməməyə çağırıb. Şöbə rəisi bildirib ki, hərəkətdə olan nəqliyyat vasitələrinin şinləri mövsümə uyğun olmalı, texniki cəhətdən nasaz, şüşəsilənləri işləməyən avtomobillər yola çıxmamalı, avtomobillər idarə olunarkən interval saxlanılmalı, sürət həddi aşılmamalı və digər tələblərə ciddi şəkildə riayət olunmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR