Bank Of Baku

Əli Bayramlıda ev yanıb

Əli Bayramlıda ev yanıb
# 08 yanvar 2008 11:53 (UTC +04:00)
Əli Bayramlı şəhərində ev yanıb. Əli Bayramlı Yanğından Mühafizə Xidmətinin növbətçi hissəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Rzayeva Bəstəgül Adıböyük qızına məxsus, Əli Bayramlı şəhəri Şəhidlər küçəsi, 26 ünvanında yerləşən üç otaqlı fərdi evdə baş verib. Əli Bayramlı Yanğından Mühafizə Xidməti əməkdaşlarının vaxtında hadisə yerinə gələrək yanğını söndürməsi nəticəsində otağın yalnız biri yanıb, alovun digər otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin odun sobasından baş verdiyi ehtimal olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR