Bank Of Baku

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Gəncədəki təcridxanadan qaçan məhbusun həbsi ilə bağlı açıqlama yayıb

Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti Gəncədəki təcridxanadan qaçan məhbusun həbsi ilə bağlı açıqlama yayıb
# 08 yanvar 2008 12:38 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən APA-ya daxil olan məlumata görə, 2 saylı İstintaq Təcridxanasında saxlanılan və təsərrüfat briqadasında yardımçı fəhlə qismində əməyə cəlb olunan Həşimov Rahib Zülfüqar oğlu naməlum şəraitdə gizli yolla təcridxananın ərazisini tərk edərək, bir neçə gün ərzində gizlənib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə aparılan tədbirlər nəticəsində R. Həşimovun gizləndiyi yer müəyyənləşdirilərək saxlanılıb. Hadisə ilə əlaqədar xidməti araşdırma aparılıb və Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının rəhbərliyi ədliyyə nazirinin əmri ilə ciddi intizam məsuliyyətinə cəlb olunub. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Goranboy rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İmran Həsənov isə APA-ya bildirib ki, R. Həşimov bu gün saat 11.30 radələrində onun rəhbərlik etdiyi əməliyyat nəticəsində Goranboy rayonunun Xanqərvənd kəndində həbs olunub. Məhkum “Oğru Tofiq” ləqəbi ilə tanınmış həmkəndlisinin evində tutulub.
Xatırladaq ki, məhbus Rahib Həşimov yanvarın 4-də axşam saat 21.00 radələrində istintaq təcridxanasında keçirilən təhvil-təslim prosesində iştirak etməyib və onun təcridxanadan qaçdığı bəlli olub. O, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 (təkrarən oğurluq törətmə) və 178.2.2 (təkrarən dələduzluq) maddələri ilə ittiham olunaraq 3,6 il müddətinə azadlıqdan məhrum edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR