Bank Of Baku

Bakının Biləcəri və Binəqədi qəsəbələrində partlayış baş verib

Bakının Biləcəri və Binəqədi qəsəbələrində partlayış baş verib
# 08 yanvar 2008 12:41 (UTC +04:00)
Bu gecə Bakının Biləcəri qəsəbəsində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəsəbə sakini Zaur Həsənovun evində təbii qazın sızmasından yaranan partlayış nəticəsində ev sahibi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı dağıntı olmayıb. Daha bir partlayış Binəqədi qəsəbə sakini Vüsalə Həsənovanın evində qeydə alınıb. Təbii qazın sızmasından ani partlayış baş verib və nəticədə yanıq xəsarəti almış V. Həsənova xəstəxanaya çatdırılıb. Hadisə nəticəsində dağıntı olmayıb. Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 33-də yaşayan Əbülfət Əliyev isə mənzilində dəm qazından boğulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR