Bank Of Baku

Azərbaycanın Şəki şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində “kriminal avtoritet” həbs olunub YENİLƏNİB-1

Azərbaycanın Şəki şəhərində keçirilən xüsusi əməliyyat nəticəsində “kriminal avtoritet” həbs olunub  <font color=#FF0000>YENİLƏNİB-1</font>
# 08 yanvar 2008 13:41 (UTC +04:00)
Şəki şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, əməliyyat hüquq-mühafizə orqanlarına daxil olan məlumat əsasında həyata keçirilib. Əməliyyat zamanı Şəkidə anadan olmuş, kriminal aləmdə “Dəhnəli Elçin” kimi tanınan və hazırda Rusiyada yaşayan Elçin Cəlilov sürücüsü Qurban İlyasovla birlikdə yaxalanıb. Saxlanılarkən onların üzərindən və E. Cəlilova məxsus “Lexus” markalı avtomobildən heroin götürülüb.
APA-ya daxil olan digər məlumatlara görə, əməliyyat zamanı polisə müqavimət göstərən şəxslərdən birinin əlində qumbara partlayıb. Bu hadisə Şəki rayon Polis Şöbəsinin yaxınlığında baş verib. Əməliyyat keçirilərkən yaralananların olub-olmadığı barədə məlumat verilməsə də, yerli sakinlər hadisə yerinə təcili tibbi yardım maşınının gəldiyini bildiriblər.
Azərbaycan DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov APA-ya əməliyyatın keçirildiyini və yuxarıda adı çəkilən şəxslərin həbs olunduğunu təsdiqləyib. O, saxlanılanlardan narkotik maddə götürüldüyünü, araşdırmaların nəticəsinə uyğun olaraq cinayət işinin başlanılacağını bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR