Bank Of Baku

Strasburqdakı “Bakı gecələri” restoranının azərbaycanlı sahibinin oğlu qətlə yetirilib

Strasburqdakı “Bakı gecələri” restoranının azərbaycanlı sahibinin oğlu qətlə yetirilib
# 08 yanvar 2008 15:24 (UTC +04:00)
1990-cı il təvəllüdlü mərhumun ölümünə səbəb olan mübahisənin yaranması ilə bağlı səbəblər hələ aydınlaşmayıb. Yerli polis komissarı Strasburqda nəşr olunan DNA (Elzasın son yenilikləri) qəzetinə açıqlamasında hazırda faktla bağlı araşdırma aparıldığını, tramvayın videokamerasının çəkdiyi görüntülərin araşdırıldığını deyib. Polis komissarı onu da bildirib ki, mübahisənin mobil telefon üstündə düşdüyü ehtimal olunur. O. Ağayevi qətlə yetirənlərin Balkan ölkələrinin vətəndaşları və ya ərəblər olması barədə məlumatlar var.
Qeyd edək ki, O. Ağayevin atası Əliheydər Ağayev Strasburqda fəaliyyət göstərən “Bakı gecələri” restoranının sahibidir. Atası və digər ailə üzvləri ilə birlikdə Strasburqda yaşayan O. Ağayevin yanvarın 6-da 18 yaşı tamam olub. Qətl “Bakı gecələri” restoranının 50 metrliyində baş verib.
Mərhumun meyiti hazırda morqdadır. Polis meyitin hələlik ailəsinə verilməməsini araşdırma aparılması ilə izah edib. O. Ağayevin ailəsindən bildirilib ki, meyit morqdan götürüldükdən sonra Bakıya gətirilərək dəfn olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR