Bank Of Baku

Xəzər dənizinin Azərbaycanın Lənkəran rayonu ərazisində iki balıqçı xilas edilib

Xəzər dənizinin Azərbaycanın Lənkəran rayonu ərazisində iki balıqçı xilas edilib
# 08 yanvar 2008 16:12 (UTC +04:00)
APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Balıq Kombinatının işçiləri, rayonun Nərimanabad qəsəbəsinin sakinləri - 49 yaşlı Əli Əliyev və 26 yaşlı Amid Səmədov yanvarın 7-də saat 10.00 radələrində balıq tutmaq üçün dənizə çıxıblar və axşamadək qayıtmayıblar. Kombinatın rəhbərliyi bununla bağlı Sahil Mühafizəsinin dəniz katerləri diviziyasına müraciət edib. Aparılan axtarış nəticəsində balıqçılar bu gecə saat 01.00 radələrində donmuş vəziyyətdə tapılaraq ailələrinə təhvil veriliblər. Hazırda onların vəziyyəti ağırdır. Məlum olub ki, güclü külək mühərriki sıradan çıxan qayığı naməlum istiqamətə aparıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR