Bank Of Baku

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 08 yanvar 2008 18:02 (UTC +04:00)
İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İmişli Rayon Polis İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, Cəlilabad rayon sakini Balabəy Nəsirovun idarə etdiyi 25 BD 241 dövlət nömrə nişanlı “QAZel” markalı avtomaşın hərəkətdə olarkən təkəri çıxıb. Təkəri götürmək və texniki nasazlığı aradan qaldırmaq üçün maşından enən B. Nəsirov naməlum tərəfindən vurulub. Nəticədə B. Nəsirov hadisə yerində keçinib, qəzanı törədən sürücü isə hadisə yerindən qaçıb. Faktla bağlı İmişli RPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR