Bank Of Baku

Qazaxıstanın sahil sularında qanunsuz balıq ovu ilə məşğul olan 8 Azərbaycan vətəndaşının məhkəməsi başa çatıb

Qazaxıstanın sahil sularında qanunsuz balıq ovu ilə məşğul olan 8 Azərbaycan vətəndaşının məhkəməsi başa çatıb
# 09 yanvar 2008 08:27 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, Tupkaraqan rayon məhkəməsi ittiham olunan balıqçıları “Külli miqdarda zərər vurmaqla qanunsuz balıq ovu” maddəsi ilə günahkar sayaraq onları müxtəlif müddətə azadlıqdan məhrum edib. Bundan başqa prokurorun tələbi ilə iş üzrə bütün dəlillər və balıq satışından əldə olunan 14 milyon təngə Qazaxıstan dövlətinin hesabına müsadirə olunub. Qeyd edək ki, azərbaycanlı balıqçılar Xəzərin Qazaxıstan sahillərində sərhədçilər tərəfindən saxlanıblar. Qazaxıstan mediasının məlumatına görə, 2004-cü ildən bu yana bu ölkənin sahil sularında 58 qanunsuz balıq ovu faktı aşkarlanıb. Bu faktlar üzrə Azərbaycan və Rusiyaya məxsus 71 gəmi saxlanıb və 340 brakonyer həbs olunub. Onlardan 219 nəfəri inzibati məsuliyyətə, 121 brakonyer isə cinayət məsuliyyətinə cəlb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR