Bank Of Baku

Tümendə 20 yaşlı azərbaycanlını qətlə yetirən skinhedlərə hökm oxunub

Tümendə 20 yaşlı azərbaycanlını qətlə yetirən skinhedlərə hökm oxunub
# 09 yanvar 2008 11:50 (UTC +04:00)
APA-nın məlumatına görə, qruplaşmanın rəhbərləri İqor Şiyanov və Yevgeni Fateyev 11 il, Yevgeni Ataulin 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Ekstremist qruplaşmanın digər üzvləri də 1,5 ildən 6 ilədək müxtəlif müddətli həbs cəzası alıblar. Qeyd edək ki, skinhed qruplaşmasının üzvləri Tümenin mərkəzində yerləşən Tekutyev məzarlığı yaxınlığında 20 yaşlı azərbaycanlı Cəfər Hüseynova hücum ediblər. Onun başına dəmir alətlərlə zərbələr endirən ekstremistlər daha sonra Cəfər Hüseynovu məzarlığın ərazisinə apararaq, ona 6 bıçaq zərbəsi endiriblər. Cəfər Hüseynov aldığı zərbələrdən hadisə yerində keçinib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR