Bank Of Baku

Ötən il Azərbaycan ərazisində baş vermiş 14 mina/PHS hadisəsi nəticəsində 6 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb

Ötən il Azərbaycan ərazisində baş vermiş 14 mina/PHS hadisəsi nəticəsində 6 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb
# 09 yanvar 2008 12:43 (UTC +04:00)
Bu barədə APA-ya ANAMA-dan məlumat verilib. 339 nəfərin, həmçinin 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran itin iştirak etdiyi əməliyyatlar nəticəsində 5 065 PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ötən ilin dekabr ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.
İndiyədək isə ümumilikdə 60 031 610 kvadrat metr ərazi təmizlənib, 292 605 PHS və mina tapılaraq zərərsizləşdirilib. Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparılır.
Qeyd edək ki, 2007-ci ilin 12 ayı ərzində 18 440 479 kv.m ərazi təmizlənib, 3 ədəd piyada, 27 ədəd tank əleyhinə mina və 194 478 PHS tapılaraq zərərsizləşdirilib. Ötən il 14 mina/PHS hadisəsi baş verib, 14 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 6 nəfər isə həlak olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR