Bank Of Baku

Azərbaycanda cəzaçəkmə müəssisəsində xidmət edən əsgər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb

Azərbaycanda cəzaçəkmə müəssisəsində xidmət edən əsgər odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb
# 09 yanvar 2008 14:49 (UTC +04:00)
Həbsxanadakı mənbələrdən APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin 16 saylı mühafizə bölüyünün əsgəri, 1989-cu il təvəllüdlü Rövşən İsgəndərov xidməti silahı ilə intihara cəhd edib. Döş qəfəsindən yaralanan R. İsgəndərov 3 saylı xəstəxanaya aparılıb. Penitensiar Xidmətdən APA-ya məlumatı təsdiqləyərək bildiriblər ki, hadisənin əsgərin intihara cəhd etməsi və ya silahla ehtiyatsız davranması nəticəsində baş verməsi ilə bağlı araşdırma aparılır. Əsgərin yerləşdirildiyi 3 saylı Şəhər Xəstəxanasından isə APA-ya bildirilib ki, R. İsgəndərov bu gün saat 10.30 radələrində döş qəfəsinin sağ tərəfinin odlu silah yarası ilə xəstəxanaya daxil olub. Üzərində əməliyyat aparılaraq reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti orta-ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR