Bank Of Baku

Azərbaycanın Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib

Azərbaycanın Salyan rayonunda iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib
# 18 mart 2008 07:37 (UTC +04:00)
Salyan. Ağəddin Babayev - APA. Bu gün saat 03.15 radələrində Ələt-Astara yolunun 84-cü km-də, Salyan rayonunun Şorsulu kəndi ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhər sakini, 1950-ci il təvəllüdlü Ələşrəf Qulam oğlu Allahverdiyevin idarə etdiyi “KamAZ” markalı, 42 BA 564 nömrə nişanlı yük avtomobili Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Rafiq Tehranxan oğlu Yusifovun idarə etdiyi “VAZ-21011” markalı, 66 BA 734 nömrə nişanlı maşınla toqquşub. Nəticədə R. Yusifov və onun xalası, 1947-ci il təvəllüdlü Qızqayıt Quluş qızı Xudaşova hadisə yerində keçiniblər. Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR