Bank Of Baku

Azərbaycanın paytaxtında bir qrup şəxs 18 yaşlı qızı şantajla hədələyib

Azərbaycanın paytaxtında bir qrup şəxs 18 yaşlı qızı şantajla hədələyib
# 18 mart 2008 11:21 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bakının Xətai rayonunun Zığ yolu küçəsi, ev 38, mənzil 3-də yaşayan 19 yaşlı Şirxan Namizəd oğlu Məmmədov 63 saylı orta məktəbin 11-ci sinif şagirdi, 18 yaşlı Bakı şəhər sakini Sevda Adil qızı Abdullayevaya hədə-qorxu gələrək ondan pul tələb edib. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, S. Abdullayeva hüquq-mühafizə orqanlarına müraciət edərək, ötən ilin oktyabr ayında Zığ yolu küçəsində Ş. Məmmədovun ona yaxınlaşaraq hədə-qorxu gəldiyini və pul tələb etdiyini deyib. Əks halda o, S. Abdullayeva barəsində rüsvayedici məlumatlar yayacağını bildirib. Rayon Polis İdarəsindən deyiblər ki, müraciətdən sonra Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi) maddəsi ilə cinayət işi başlanılıb və araşdırılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Rayon polis idarəsindən onu da əlavə ediblər ki, araşdırmalar zamanı müxtəlif vaxtlarda bir-birləri ilə əlaqəli olan 2-3 nəfərin S. Abdullayevaya qarşı eyni hərəkəti etdikləri aşkarlanıb: “ Bu şəxslərin təkcə Sevda Abdullayevanı deyil, digər
şəxsləri də belə şantaj etmələri ehtimal olunur ”. Rayon Polis İdarəsindən istintaq aparıldığı üçün həmin şəxslərin adlarını açıqlamayıblar. Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR