Bank Of Baku

Quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Rəşad Osmanov saxlanıb

Quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Rəşad Osmanov saxlanıb
# 18 mart 2008 15:20 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Nərimanov rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini, 33 yaşlı Rəşad Əlixan oğlu Osmanov həbs olunub. Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, martın 16-da saat 21 radələrində R. Osmanov metronun “Nərimanov” stansiyasının yaxınlığında Bakı rayon sakini, 1953-cü il təvəllüdlü Nizami Yusif oğlu Abbasovun taksi kimi idarə etdiyi “Niksiya” markalı 10 SC 539 nömrə nişanlı avtomobilə əyləşib və onu “Azərsutikinti” xəstəxanasına aparmağı xahiş edib. Yolda sürücünü bıçaqla hədələyən Rəşad Osmanov ondan pul tələb edib. Sürücü Rəşad Osmanova müqavimət göstərib və sonuncu hadisə yerindən qaçıb. Zərərçəkən hadisə haqda polisə məlumat verəndən sonra R. Osmanov tutulub. Nərimanov rayon Polis İdarəsindən bildirdilər ki, R. Osmanov barəsində Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib və o, Şüvəlanda yerləşən 3 saylı İstintaq Təcridxanasına göndərilib. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR