Bank Of Baku

Azərbaycan paytaxtındakı şadlıq saraylarının birində yanğın olub

Azərbaycan paytaxtındakı şadlıq saraylarının birində yanğın olub
# 19 mart 2008 08:48 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Bu gün saat 09.00 radələrində Binəqədi rayonu ərazisində (Ayna Sultanovanın heykəlinin arxasında) yerləşən “Ramin” şadlıq evində yanğın olub. Rayon Polis İdarəsinin 5-ci polis bölməsindən APA-ya bildirilib ki, hadisə şadlıq sarayındakı kondisionerdə yaranan qısa qapanma nəticəsində baş verib. Yanğının qarşısı qısa müddətdə alınıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, 1 ədəd xalça, 3 ədəd stol və şadlıq sarayının dam örtüyü 8 kv.m sahədə yanıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR