Bank Of Baku

Azərbaycanın Ağdam rayonunda “Jeep” aşıb, sürücü həlak olub

Azərbaycanın Ağdam rayonunda “Jeep” aşıb, sürücü həlak olub
# 19 mart 2008 08:59 (UTC +04:00)
Ağdam. Teymur Quliyev - APA. Bu gün saat 11.00 radələrində Ağdamın İmamqulubəyli kəndində ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, Gəncə şəhər sakini Nəsirov Bəhram Şəhriyar oğlunun idarə etdiyi “Jeep” markalı 20 GK 208 nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə maşının sürücüsü hadisə yerində keçinib, sərnişini, Gəncə sakini Aydın Məmmədov isə xəsarət alıb. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralının vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR