Bank Of Baku

Azərbaycanın Xaçmaz rayonunda Qarabağ şəhidlərinin xatirə kompleksinin bir hissəsi naməlum şəxslər tərəfindən dağıdılıb

Azərbaycanın Xaçmaz rayonunda Qarabağ şəhidlərinin xatirə kompleksinin bir hissəsi naməlum şəxslər tərəfindən dağıdılıb
# 19 mart 2008 10:47 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva - APA. Azərbaycanın Xaçmaz rayonunun Hacəlibəy kəndində Qarabağ şəhidlərinin xatirə kompleksinin bir hissəsi naməlum şəxslər tərəfindən dağıdılıb. Bu barədə APA-nın şimal bürosuna kənd sakinləri məlumat veriblər. Məlumatda hadisənin dünən gecə saatlarında baş verdiyi və kompleksin hasarlarının dağıdıldığı da qeyd olunub.
Yerli icra və bələdiyyə orqanları faktı təsdiqləyiblər. Onlar hadisə barədə dərhal rayon polisini məlumatlandırdıqlarını bildiriblər.
Xaçmaz Rayon Polis Şöbəsindən də faktı təsdiqləyərək, hazırda hadisəni törədənlərin axtarıldığını bildiriblər.
Qeyd edək ki, abidə kəndin Dağlıq Qarabağda gedən döyüşlərdə həlak olmuş doqquz şəhidinin xatirəsinə ucaldılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR