Bank Of Baku

İmişlidə piyadanı vuraraq hadisə yerindən qaçan azyaşlı yaxalanıb

İmişlidə piyadanı vuraraq hadisə yerindən qaçan azyaşlı yaxalanıb
# 20 mart 2008 08:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Martın 19-da İmişli rayonunda piyadanı avtomobillə vuraraq hadisə yerindən qaçan şəxs bu gün yaxalanıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, saxlanılan İmişli rayon sakini, 1990-cı il təvəllüdlü Anar İxtiyarovdur. İlkin araşdırmalar zamanı müəyyən olunub ki, A. İxtiyarov bayram axşamı atasına məxsus “Jiquli-07” markalı 10 UN 245 nömrə nişanlı avtomaşını qaçırdaraq dostları ilə kafeyə getmək istəyib. Bu zaman yolu keçən Y. Məmmədovu görməyərək onu vurub və hadisə yerindən qaçıb. Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR