Bank Of Baku

Tərtərdə intihar hadisəsi baş verib

Tərtərdə intihar hadisəsi baş verib
# 20 mart 2008 08:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gecə Tərtər rayonunda intihar hadisəsi qeydə alınıb. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Aşıq Ələsgər küçəsi-170 ünvanında baş verib. İntihar edən rayon sakini 1965-ci il təvəllüdlü Rakif Veysəlovdur. O, özünü yaşadığı mənzilin tavanındakı çilçıraqdan asıb. İlkin araşdırma zamanı R. Veysəlovun həyat yoldaşından boşanması və hadisə zamanı sərxoş olması müəyyən olunub. Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR