Bank Of Baku

Lənkəran sakini Bakıda hüquq müəssisəsinin rəhbərini yandırmaqla hədələyib

Lənkəran sakini Bakıda hüquq müəssisəsinin rəhbərini yandırmaqla hədələyib
# 21 mart 2008 07:53 (UTC +04:00)
Nəsimi Rayon Polis İdarəsinin 22-ci bölməsindən APA-ya verilən məlumata görə, B. Həsənov əlindəki neftlə dolu qabı İ. Mütəllimova göstərərək 9500 dollar borcunu verməyəcəyı təqdirdə, onu və avtomobilini yandıracağını deyib. Hadisə barədə polisə məlumat verildikdən sonra B. Həsənov saxlanılaraq 22-ci bölməyə aparılıb. Bölmədən bildiriblər ki, ilkin təhqiqat materialları toplanaraq araşdırma üçün Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. İstintaq şöbəsindən isə B. Həsənovun ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını açıqlayıblar: “Baləli Həsənov ifadə verərkən İkram Mütəllimovun ona pul borclu olduğunu bildirib. İkram Mütəllimov isə onun dediklərinin yalan olduğunu söyləyir. Hələlik faktla bağlı araşdırma aparılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR