Bank Of Baku

“Depo-3” MMC-nin növbə rəisinin intihar etdiyinə dair məktub tapılıb

“Depo-3” MMC-nin növbə rəisinin intihar etdiyinə dair məktub tapılıb
# 21 mart 2008 11:31 (UTC +04:00)
Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsindən APA-ya verilən məlumata görə, martın 20-də polis əməkdaşları Milli Parkda F. Babayev tərəfindən yazıldığı ehtimal olunan və “mən özümü asmışam” sözləri yazılmış kağız aşkarlayıblar. Bölmədən bildirdilər ki, bununla bağlı F. Babayevin yaxınları və iş yoldaşları dindirilib: “Dindirmə zamanı Farız Babayevin iş yoldaşları deyiblər ki, o, Moskva şəhərinə getmək istəyirmiş. Hələlik Farız Babayevin harada olduğu, intihar edib-etmədiyi haqda dəqiq məlumat yoxdur. Hadisə ilə bağlı respublika üzrə bütün polis idarələrinə və digər orqanlara sorğu göndərilib”. Bölmədən onu da bildiriblər ki, tapılan kağızda F. Babayev həmkəndliləri ilə mübahisə etdiyi üçün özünə qəsd edəcəyini yazıb. Qohumları ifadələrində F. Babayevin normal insan olduğunu deyiblər. Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin 39-cu bölməsində araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR