Bank Of Baku

Azərbaycanın paytaxtında məhkum avtomobil qaçırıb

Azərbaycanın paytaxtında məhkum avtomobil qaçırıb
# 22 mart 2008 10:45 (UTC +04:00)
Belə ki, bu il martın 20-də saat 19.00 radələrində Ə. Ələkbərov küçəsindən Bakı şəhər sakini 30 yaşlı Natiq Ramiq oğlu Əliyevə məxsus “Mercedes” markalı Az 10 ZV 581 nömrə nişanlı avtomobil qaçırılıb. Polisin keçirdiyi əməliyyat nəticəsində avtomobili qaçıran şəxs , 39 yaşlı Akif Yəhya oğlu Məmiyev maşınla birlikdə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaxalanıb. Yasamal Rayon Polis İdarəsinin 27-ci bölməsindən APA-ya verilən məlumata görə, araşdırma zamanı A. Məmiyevin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 15 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin məhkumu olması müəyyənləşib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR