Bank Of Baku

Ucarda 30 nəfər naməlum şəxs 3 nəfəri amansızlıqla döyüb

Ucarda 30 nəfər naməlum şəxs 3 nəfəri amansızlıqla döyüb
# 23 mart 2008 10:49 (UTC +04:00)
Ucar. Zahid Abışov APA. Martın 21-dən 22-nə keçən gecə saat 02.30 radələrində Ucar rayon sakinləri 1953-cü il təvəllüdlü Nəsirov Ramiz Yusif oğlu, 1981-ci il təvəllüdlü Nəsirov Rahim Ramiz oğlu və 1981-ci il təvəllüdlü Nuriyev Əli Məhəmməd oğlu rayonun Qaradağlı kəndində bir qrup şəxs tərəfindən amansızlıqla döyülüb. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, zərərçəkənlər polisə verdikləri şikayətdə bildiriblər ki, 30-dan artıq tanımadıqları şəxs taxta parçaları ilə heç bir səbəb göstərmədən onlara hücum ediblər. Zərərçəkənlər hazırda Ucar Mərkəzi Rayon Xəstəxanasında müalicə olunurlar. Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi qaldırılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR