Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb

Azərbaycanın Zaqatala rayonunda ağır yol qəzası baş verib, üç nəfər ölüb, bir nəfər isə ağır yaralanıb
# 24 mart 2008 10:51 (UTC +04:00)
Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Xaldan-Balakən magistral yolunun 122-ci kilometrliyində, Zaqatala hava limanı ərazisində baş verib. Rayonun Sumaylı kənd sakini, 1982-ci il təvəllüdlü Tural Möhüddün oğlu Muradovun idarə etdiyi “Mercedes” markalı, 62 BE 714 dövlət nömrə nişanlı avtomobil hərəkət istiqamətini itirərək yolun kənarındakı qoz ağacına çırpılıb. Qəza nəticəsində maşının sürücüsü T. Muradov və sərnişinlər - rayonun Yuxarı Tala kənd sakinləri, 1976-cı il təvəllüdlü Nazim Bilal oğlu Salehov və 1983-cü il təvəllüdlü Şahsuvar Osman oğlu Osmanov hadisə yerindəcə keçinib. Avtomobildə olan digər sərnişin - 1981-ci il təvəllüdlü Tahir Saleh oğlu Salehov ağır bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. İlkin ehtimallara görə, T. Muradov avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR