Bank Of Baku

"KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb

"KamAZ"-la "Lexus"un toqquşması nəticəsində üç nəfər ölüb
# 24 mart 2008 10:55 (UTC +04:00)
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nəticədə həmin şəxs hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Nərimanov rayon Polis İdarəsi tərəfindən aparılır. Həmin gün saat 19.00 radələrində isə Goranboy rayonunun Xanqərvənd kəndinin ərazisində Daşaltı kənd sakini Elşən Qurbanov idarə etdiyi "KamAZ - 5511" markalı avtomobillə Bakı şəhər sakini Vasif Abbasov idarə etdiyi "Lexus" markalı avtomaşın toqquşub. Nəticədə “Lexus”un sərnişinləri - Tərtər rayon sakinləri Rasim Əhmədov və Murad Məmmədov hadisə yerində, sürücü özü isə xəstəxanada ölüb. Goranboy rayon Polis Şöbəsi tərəfindən araşdırmalar aparılır. Martın 22-də Siyəzən rayonunun Qarasiyəzən kəndinin ərazisində baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Saat 22.50 radələrində Siyəzən şəhər sakini Mirzəağa Bayramov idarə etdiyi "VAZ-21011" markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən M. Bayramov orada ölüb. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırma aparılır. Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində isə həmin gün müəyyən edilməmiş avtomaşınla Cəlilabad şəhər sakini İzzət Mehdiyev vurulub. İ. Mehdiyev hadisə yerində ölüb. İlkin əməliyyat-axtarış tədbirləri Cəlilabad rayon Polis Şöbəsi tərəfindən aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR