Bank Of Baku

Balakəndə polis Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə əməliyyat keçirib

Balakəndə polis Milli Təhlükəsizlik Nazirliyi ilə birlikdə əməliyyat keçirib
# 25 mart 2008 09:11 (UTC +04:00)
Balakən. Hafiz Heydərov - APA. Balakən rayon Polis Şöbəsi (RPŞ) Milli Təhlükəsizlik Nazirliyi (MTN) ilə birgə əməliyyat keçirib. Balakən RPŞ-nin rəis müavini Loğman İsmayılovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini 1983-cü il təvəllüdlü Anar Teymur oğlu Hüseynovun yaşadığı mənzildə axtarış aparılıb. Axtarış nəticəsində A.Hüseynovun mənzilindən 2,2 qram heroin və 7,2 qram çətənə toxumu aşkar edilərək götürülüb. Faktla bağlı A.Hüseynov artıq saxlanılıb və onun barəsində cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR