Bank Of Baku

Azərbaycanın Qax rayonu ərazisində xeyli silah-sursat tapılıb

Azərbaycanın Qax rayonu ərazisində xeyli silah-sursat tapılıb
# 26 mart 2008 08:05 (UTC +04:00)
Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bölməyə daxil olan anonim telefon zəngi əsasında aparılan əməliyyat nəticəsində Qax-Qorağan yolunun 10-cu kilometrliyində, yol kənarında 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd iri çaplı güllə, 9 ədəd pulemyot gülləsi, 1 ədəd avtomat sandığı, 76 ədəd 7.62 çaplı güllə və 217 ədəd 5.45 çaplı avtomat gülləsi aşkarlanaraq götürülüb. Tapılmış silah-sursat müvafiq qaydada protokollaşdırılaraq Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilib. Faktla bağlı Qax RPŞ-da araşdırmalar davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR