Bank Of Baku

Azərbaycanın Zaqatala rayon sakini Qaxda intihar edib

Azərbaycanın Zaqatala rayon sakini Qaxda intihar edib
# 26 mart 2008 09:00 (UTC +04:00)
Qax. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayon sakini Qaxda intihar edib. Qax Rayon Prokurorluğundan (RP) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gün Qax rayonu ərazisində, Acnohur qışlağında qeydə alınıb. Bu qışlaqda yerləşən fermanın ərazisində Zaqatala rayonunun Suvagil kənd sakini, 1973-cü il təvəllüdlü Sadiq Nuray oğlu Davudovun meyiti ağacdan asılı vəziyyətdə aşkarlanıb. Araşdırmalar zamanı məlum olub ki, S. Davudov həmin fermada çoban işləyirmiş. RP-dan həmçinin bildirilib ki, meyitin üzərində heç bir zorakılığ əlamətləri aşkarlanmayıb və intiharın səbəbləri araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR