Bank Of Baku

Bakıda yerləşən “E.Q” mətbəəsindən külli miqdarda oğurluq olub

Bakıda yerləşən “E.Q” mətbəəsindən külli miqdarda oğurluq olub
# 26 mart 2008 09:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Bakıda yerləşən “E.Q” mətbəəsindən külli miqdarda oğurluq olub. Bu barədə APA-ya mətbəənin direktoru Akif Quliyev məlumat verib. Onun sözlərinə görə, əvvəllər mətbəənin işçisi olmuş Vüqar Məmmədov bir il ərzində mətbəədən təxminən 40 min ABŞ dolları dəyərində oğurluq edib. Onun sözlərinə görə, V. Məmmədov mətbəəyə məxsus kağız məmulatlarını, rəngləri, çap formalarını oğurlayaraq sonradan satıb: “Çap formaları bahalı və alüminium metaldan hazırlanır. Vüqar Məmmədov onları başqa mətbəələrə satıb. O, bəzən bu məmulatları “metallom” kimi də satıb. Biz onun malları hara satdığını da bilirik”. A. Quliyev məsələ ilə bağlı 20-ci polis bölməsinə müraciət etdiyini və araşdırılma aparıldığını qeyd edib.
20-ci polis bölməsinin tədqiqatçısı Habil Şirinov isə APA-ya bildirib ki, hazırda müraciətə uyğun olaraq tədqiqat işi aparılır və V. Şirinov rayonda olduğu üçün hələlik ondan ifadə alınmayıb. O, yaxın 10 gün müddətində tədqiqatın başa çatacağını və cinayət işi qaldırılması üçün aidiyyatı orqana müraciət ediləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR