Bank Of Baku

İlyas İsmayılovun oğlunun Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasının səbəbi bəlli olub

İlyas İsmayılovun oğlunun Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən saxlanılmasının səbəbi bəlli olub
# 26 mart 2008 15:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. Azərbaycanın Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılovun oğlu Etimad İsmayılovun Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmasının səbəbi bəlli olub. Ədalət Partiyasının sədr müavini Elxan Şükürlünün APA-ya verdiyi məlumata görə, E. İsmayılovun saxlanılmasının səbəbi onun şirkəti ilə Rusiyanın başqa bir şirkəti arasında olan insidentdir. Bu barədə E. İsmayılovun yaxınlarına onun vəkilləri məlumat verib. E. Şükürlü deyib ki, vəkillər onu da bildiriblər ki, Etimad İsmayılovun saxlanılmasına bir müddət əvvəl Moskvada qətlə yetirilmiş erməni iş adamının qətlinin sifarişçisi olması ilə bağlı versiya yoxdur.
Qeyd edək ki, dünən E. İsmayılov Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb. Ədalət Partiyasının sədr müavini E. Şükürlü obnun saxlanılması xəbərini APA-ya verərkən deyib ki, E. İsmayılova hələlik hər hansı ittiham irəli sürülməyib: “Etimad İsmayılov Avroasiya Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Bu həbs həmin şirkətin rəhbərliyinin sifarişi əsasında olub. Arbitaj Məhkəməsinin həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənədi də var”. E. Şükürlü bildirib ki, hazırda E. İsmayılovun bu məsələ ilə bağlı dindirilməsi üçün Çeylaginskə aparılması gözlənilir: “Etimad İsmayılov Azərbaycan vətəndaşıdır. Onun Azərbaycan rəsmi qurumlarından xahişi ondan ibarətdir ki, bu məsələ diqqətdə saxlanılsın. Etimad İsmayılov məsələnin Moskvada araşdırılmasını istəyir. Çünki bu məsələdə Çelyabinskinin hüquq-mühafizə orqanları maraqlı tərəfdir. Ona görə də məsələnin orada ədalətlə araşdırılması mümkün deyil”.
E. Şükürlü onu da bildirib ki, artıq məsələ ilə bağlı E. İsmayılovun atası, millət vəkili və Ədalət Partiyasının sədri İlyas İsmayılov Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə telefonla danışıb, ondan məsələni diqqətdə saxlamağı xahiş edib.
İlyas İsmayılov isə APA-ya bildirib ki, oğlu ona vəkili vasitəsilə günahsız olması barədə xəbər göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR