Bank Of Baku

Güclü qasırğa Azərbaycanın Qərb rayonlarının elektrik enerjisi ilə təminatında ciddi problemlər yaradıb

Güclü qasırğa Azərbaycanın Qərb rayonlarının elektrik enerjisi ilə təminatında ciddi problemlər yaradıb
# 27 mart 2008 08:12 (UTC +04:00)
Təbii fəlakət nəticəsində adı çəkilən rayonlarda evlərin və iaşə obyektlərinin dam örtükləri sıradan çıxıb. Güclü külək nəticəsində Tovuz və Gədəbəydə elektrik dirəkləri aşdığına görə dağ kəndlərinin elektrik enerjisi ilə təminatında ciddi problemlər yaranıb, hazırda bir çox kəndlərlə telefon rabitəsi yaratmaq mümkün deyil. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, qasırğa nəticəsində Tovuzun 20 mindən çox əhali yaşayan 6 dağ kəndi - Həsənli, Çeşməli, Böyük Qışlaq, Göyəbaxan, Çataq, Qaralar kəndləri bir neçə gün işıqsız qalıb. Tovuz rayon fövqəladə hallar komissiyasının sədri Niftalı Qasımovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, güclü külək 90-dan artıq elektrik dirəyini yararsız hala salıb: “Elektrik dirəkləri uzun müddət istismar olunduğundan davamlılığı zəifləyib və 3-4 yerdən qırılıblar. Buna görə də, onların bərpa edilməsi bir az çətinlik törədir. Lakin buna baxmayaraq bütün elektrik təsərüffatının işçilərini rayonun elektrik enerjisi ilə təminatının bərpası işinə səfərbər etmişik”. Qasırğa Gədəbəy rayonunun kəndlərinin əksəriyyətini işıqsız qoyub. Rayonda 150 elektrik dirəyi, 18 telefon dayağı, 2100 dam örtüyü sıradan çıxıb. Hazırda hər iki rayonda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində iş görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR