Bank Of Baku

Daşkəsəndəki meşə massivində baş verən yanğın söndürülüb

Daşkəsəndəki meşə massivində baş verən yanğın söndürülüb
# 27 mart 2008 11:29 (UTC +04:00)
Daşkəsən. Ayxan Hüseynov-APA. Dünən axşamdan başlayaraq Daşkəsən rayonunda əsən güclü külək nəticəsində meşə zolağında yanğın başlayıb. Yanğın nəticəsində Dəstəfur meşəliyinin 4-cü meşə dolayının 12 hektar ərazisi yanıb. Daşkəsən rayon icra başçısının birinci müavini Cavanşir Qocayevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, dünən axşam saatlarından başlamış yanğını bu gün səhər saatlarında söndürmək mümkün olub. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən, Nizami, Kəpəz, Xanlar rayon Dövlət Yanğından Mühavizə Xidmətlərinin yanğın söndürmə briqadaları, adıçəkilən rayonların Mülki Müdafiə Qərargahları əməkdaşları və digər aidiyyəti orqanları cəlb olunub.
Qeyd edək ki, Dəstəfur meşəliyinin yanğın baş vermiş 4-cü meşə dolayı əsasən qarışıq ağaclardan ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR