Bank Of Baku

Ömürlük məhkumun kamerasından sabunun içərisində gizlədilmiş mobil telefon aşkarlanıb

Ömürlük məhkumun kamerasından sabunun içərisində gizlədilmiş mobil telefon aşkarlanıb
# 27 mart 2008 12:40 (UTC +04:00)
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, cari ilin əvvəlindən qadağan olunmuş əşyaların verilməsi, ötürülməsi və dövriyyəsi ilə bağlı 5 fakt narkotik maddələrlə, 20 faktdan artıq isə mobil telefonların aşkar edilməsi ilə əlaqədar olub. Qadağan olunmuş əşyaları əsasən müxtəlif yollarla, o cümlədən məhkumlara gətirilən sovqat və bağlamalarda, konserv qutularının, un məmulatlarının, mürəbbə və sirkəyə qoyulmuş tərəvəz qablarının, ilkin tələbat malları və sanitar-gigiyena məqsədləri üçün nəzərdə tutulmuş əşyaların içərisində keçirilməyə cəhd edirlər. Sonuncu belə bir fakt dünən Penitensiar Xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisəsində aşkarlanıb. Əldə olunmuş əməliyyat məlumatı əsasında ömürlük azadlıqdan məhrum edilmiş məhkum Şakir Hacımurad oğlu Rzaxanovun kamerasında axtarış-baxış tədbirləri həyata keçirilib və nəticədə iki ədəd təsərrüfat sabununun içərisində gizlədilmiş “Sony-Ericsson” markalı mobil telefonun tərkib hissələri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR