Bank Of Baku

İlyas İsmayılovun oğlu barəsində Rusiya məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib

İlyas İsmayılovun oğlu barəsində Rusiya məhkəməsinin qərarı ilə iki ay müddətinə həbs-qətimkan tədbiri seçilib
# 27 mart 2008 15:28 (UTC +04:00)
Bu barədə APA-ya Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü məlumat verib. E. Şükürlünün sözlərinə görə, hazırda E. İsmayılovun vəkilləri qərardan kassasiya şikayəti verməyə hazırlaşırlar.
E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, E. İsmayılov “Avroasiya” Sənaye-Maliyyə Qrupu Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsinin həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənədi də var.
Onu da xatırladaq ki, Milli Məclisin deputatı İlyas İsmayılovun oğlu Etimad İsmayılov martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Domodedovo hava limanında saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR