Bank Of Baku

Azərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb

Azərbaycanın Balakən rayonu ərazisində silah-sursat tapılıb
# 28 mart 2008 09:13 (UTC +04:00)
Balakən rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Loğman İsmayılovun APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonda keçirilən “Sərhəd-Sipər” əməliyyatı nəticəsində İtitala kəndi ərazisində yerləşən Qoşa-Bulaq adlanan yerdə 1 ədəd “Karabin” tipli tüfəng, 2 ədəd əl-qumbarasının alışqanı və 182 ədəd müxtəlif çaplı güllə aşkar edilərək götürülüb. Tapılmış silah-sursat hər hansı bir cinayətdə istifadə olunub-olunmadığı araşdırıldıqdan sonra Daxili İşlər Nazirliyinin silah anbarına təhvil veriləcək.
Qeyd edək ki, Azərbaycanın Rusiya ilə sərhəd olan şimal-qərb bölgəsində keçirilən “Sərhəd-Sipər” əməliyyatı hələ 3 gün davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR