Bank Of Baku

Şəki polisi 15 il axtarışda olan şəxsi həbs edib

Şəki polisi 15 il axtarışda olan şəxsi həbs edib
# 28 mart 2008 09:38 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəki polisi 15 il axtarışda olan şəxsi həbs edib. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, əslən Laçın rayonundan olan 1969-cu il təvəllüdlü Yavər Vahid oğlu Sevindiyev 1993-cü ildən Şəki polisi tərəfindən axtarışda olub. O, Şəki rayonunun Baş Göynük kənd sakini Yaqub Fərəcova məxsus təsərrüfatdan çoxlu sayda mal-qara oğurlamaqda ittiham olunur. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Y. Sevindiyev 15 il sonra rayon ərazisində yaxalanıb. O, ilkin istintaqa verdiyi ifadəsində törətdiyi oğurluq əməlini etiraf edib və axtarışda olduğu müddət ərzində respublika ərazisində olduğunu bildirib. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR