Bank Of Baku

Daşkəsən meşəliyində yanğının tam söndürülməsi üçün praflaktik təmizləmə işləri aparılır

Daşkəsən meşəliyində yanğının tam söndürülməsi üçün praflaktik təmizləmə işləri aparılır
# 28 mart 2008 10:36 (UTC +04:00)
Daşkəsən-Ayxan Hüseynov-APA. Daşkəsən rayonunun Çıraqlı kəndi yaxınlığında yerləşən Dəstəfur meşəliyinin 4-cü meşə dolayında baş vermiş yanğın dünən səhər saatlarında söndürülüb. Hal-hazırda ərazidə praflaktik təmizləmə işləri aparılır. Bu barədə APA-nın Qərb bürosuna Daşkəsən rayon icra hakimiyyəti başçısının birinci müavini Cavanşir Qocayev məlumat verib. Onun sözlərinə görə, meşədə baş vermiş yanğın dünən səhər saatlarında söndürülüb. Hal-hazırda isə yanğın baş vermiş ərazidə yenidən yanğın təhlükəsi yarada biləcək közlərin tam söndürlməsi üçün praflaktik təmizləmə işləri aparılır: “Bizdə olan ilkin məlumata görə, yanğın nəticəsində 12 hektar meşə sahəsi tamamilə yanıb. Yaradılmış komissiya yanğın nəticəsində dəymiş ziyanı müəyyənləşdirir”.
Qeyd edək ki, Dəstəfur meşəliyinin yanğın baş vermiş 4 dolayı əsasən qarışıq ağaclardan ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR